“Gənclər və elektron hökumət” adlı təlimə yenidən qeydiyyat başlayıb
25.9.2017

Sentyabr 29-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzində “Gənclər və elektron hökumət” adlı təlim keçiriləcək.

Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, təlimdə “Elektron hökumət” portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron vergi xidmətləri və s. barədə məlumatlar veriləcək. Məqsəd “Elektron hökumət” həllərinin istifadəsi haqqında gənclər təşkilatlarının nümayəndələrini məlumatlandırmaqdır. Təlimləri uğurla başa vuran təşkilatlara elektron imzalar təqdim olunacaq.

Belə təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

azertag.az