Polşanın təhsil naziri Azərbaycana gələcək
21.7.2017

Polşanın təhsil naziri Anna Zalevska Azərbaycana səfər edəcək.
Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazir avqustun 14-17-da Bakıda keçiriləcək Beynəlxalq Skaut Hərəkatı Təşkilatının 41-ci Ümumdünya Skaut Konfransında iştirak edəcək.
Bundan başqa, А.Zalevska ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.



report.az