Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”dən dəvət alıb
21.7.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov “Belarusfilm”dən dəvət alıb.

Aktyor kriminal janrda ekranlaşdırılacaq filmdə həbsxana nəzarətçisi obrazını canlandıracaq. İlham Əsədov yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də, diqqətə çatdırıb ki, bu il avqustun 5-dən çəkilişləri başlanacaq ekran əsərinin 2018-ci ilin mayında nümayiş etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, aktyor iki il bundan əvvəl filmlə bağlı elan olunmuş kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilib.

İlham Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2016-cı ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.



azertag.az