Gənc Tamaşaçılar Teatrı bu həftə 8 tamaşa təqdim edəcək
24.5.2017

Mayın 25-dən 29-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı müxtəlif janrlarda 8 tamaşa təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, mayın 25-də görkəmli dramaturq Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, ayın 26-da Y.Abramov və L.Bəyimin aprel şəhidlərinin xatirəsinə həsr etdikləri “Yarımçıq qalmış”, mayın 27-də saat 12:00 və 14:00-da məktəblilər üçün A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, axşam seansında isə böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və mayın 28-da Respublika Günü münasibətilə saat 12:00, 14:00 və 16:00-da A.Tolstoyun “Buratinonun macəraları” tamaşaları nümayiş etdiriləcək.

Tamaşalara biletləri şəhərimizin bütün teatr-tamaşa müəssisələrinin kassalarından, “ASAN xidmət” Mərkəzinin filiallarından, habelə, www.iticket.az saytına daxil olmaqla onlayn vasitəsilə əldə etmək mümkündür.

azertag.az