Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək
28.4.2017

Mayın 13-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Tunc atlı” baleti nümayiş etdiriləcək.

Teatrın “Mariya-2” səhnəsində nümayiş olunacaq əsərdə gənc balet artisti Timur Əsgərov Yevgeni obrazını ifa edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az