Bakıda məşhur rumın heykəltəraşın sərgisi keçiriləcək
29.3.2017

Bakıda məşhur rumın heykəltəraş Konstantin Brankuşinin sərgisi keçiriləcək.
Rumıniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir ki, sərgi bu il aprelin 3-dən 9-dək Bakıdakı Fransa İnstitutunda keçiriləcək. Tədbir aprelin 3-dən Bakıda başlayacaq Frankofoniya Günləri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, K.Brankuşi mücərrəd heykəltəraşlıq üslubunun banilərindən biridir.

report.az