“Salam Bakı Könüllülərin himni”nin klipi təqdim olunub
29.3.2017

IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayevanın birgə ifa etdiyi “Salam, Bakı – Könüllülərin himni”nin klipi təqdim olunub. Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, himndə pop janrından istifadə olunsa da, milli musiqi alətləri olan tar, qaval, zərb alətlərinin də ifası var.
Himn T.Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülər və “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılarla birlikdə oxunur.
Qeyd edək ki, “Salam Bakı – Könüllülərin himni”nin sözləri Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərova, musiqisi isə ulduz səfir Tünzalə Ağayeva məxsusdur.

report.az