Camal Əliyev “Sir Karl Jenkins” musiqi müsabiqəsinin qalibi olub
29.3.2017

Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.

Bu barədə məlumat musiqiçinin rəsmi saytında, habelə bəstəkar və dirijor Karl Cenkinsin “facebook” səhifəsində yer alıb. Camal Əliyev müsabiqə repertuarından bir əsəri və Karl Cenkinsin məxsusi bəstələdiyi əsəri London səsyazma studiyasında yazdıracaq və bunlar cari ilin sonunda “Classic FM” radiosunda səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

azertag.az