Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi beynəlxalq müsabiqədə birinci yeri tutub
29.3.2017

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Vokal ixtisası üzrə IX sinif şagirdi Lalə İbrahimova Estoniyanın Kotla-Yarva şəhərində keçirilən XII Beynəlxalq Akademik vokal üzrə müsabiqədə ölkəmizi layiqincə təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, müsabiqə 4 kateqoriya üzrə 2 turdan ibarət olub. Hər iki turda uğurlu çıxışların nəticəsi olaraq Lalə İbrahimova III yaş kateqoriyası üzrə laureat adı qazanıb.

Tallin şəhərində laureatların qala-konsertində də o, uğurla çıxış edib. Azərbaycan diasporasının nümayəndələrinin də iştirak etdiyi konsertdə L.İbrahimovaya diaspora adından xüsusi hədiyyələr təqdim olunub.

azertag.az