Pantomima Teatrında "Andəqraund" tamaşasının premyerası keçiriləcək
17.3.2017

Azərbaycan Dövlət Pantomima Teatrında martın 26-da yeni tamaşanın premyerası keçiriləcək.
Bu barədə Pantomima Teatrının direktoru Elman Rəfiyev məlumat verib.
Onun sözlərinə görə, "Andəqraund" adlanan tamaşanın quruluşçu rejissoru və müəllifi elə teatrın aktyorlarıdır.
Məşqləri yekunlaşmaq üzrə olan səhnə əsərinin premyerası saat 18:00-da baş tutacaq.

report.az