Azərbaycanın mobil operatoru 4 ölkədə rouminq üzrə vahid tarifə keçir
17.3.2017

2017-ci il aprelin 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.

Vahid tariflər Daniya, Lixtenşteyn, Norvec və Serbiya operatorlarının şəbəkələrində qüvvədə olacaq.

İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.

trend