“Yurdumuza bahar gəlir” adlı sərgi keçirilib
17.3.2017

Martın 16-da Xətai Sənət Mərkəzində Novruz bayramına həsr edilmiş rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

Müsabiqədə 100-dək uşaq və yeniyetmənin Novruza həsr edilmiş rəsmləri nümayiş olunub. Bildirilib ki, müsabiqənin təşkilinin məqsədi gənc rəssamlar arasında müvafiq yaradıcılıq texnikasını yaşatmaq və gələcək inkişafına stimul yaratmaqdır. Müsabiqəyə təqdim edilən rəsmlər sırasından bədii dəyərə malik əsərlər seçilərək sərgilənib.

azertag.az