Muğam Mərkəzində “Novruz çərşənbələri” silsiləsindən növbəti konsert
22.2.2017

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində “Od çərşənbəsi” adlı konsert keçiriləcək.

Konsert proqramı respublika İncəsənət Gimnaziyası ilə birlikdə hazırlanıb. Konsertdə milli rəqslər və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

azertag.az