“YARAT” film klubunda rusiyalı rejissorun ekran əsəri təqdim ediləcək
19.1.2017

Yanvarın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzinin film klubunda rusiyalı rejissor Yekaterina Telegiyanın ekranlaşdırdığı “Ayrılmaq vərdişi” filmi nümayiş olunacaq.

Mərkəzdən bildirilib ki, rus dilində təqdim olunacaq filmin nümayişinə hər kəs qatıla bilər.

Məhəbbət mövzusunda olan ekran əsəri bir növ fəlsəfi məna daşıyır. “YARAT” film klubunun təşkilatçılığı ilə nümayiş olunacaq filmin xronometrajı 90 dəqiqədir.

azertag.az