"Nar" bəzi tarif planlarının şərtlərində dəyişikliklər edəcək
19.1.2017

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan “Nar” şirkəti bəzi tarif planlarının şərtlərinə müəyyən dəyişikliklər edəcək.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, dəyişikliklər yanvarın 30-dan, əvvəlcədən ödənişli “Bumeranq”, “Sıfır”, “Super 0”, “Sənin 3-ün” və “Saniyə” tarif planlarında olacaq.

report.az