“İslam ölkələri: qadınlarının inkişafı” adlı fotomüsabiqə keçirilir
19.1.2017

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı fotomüsabiqə elan edib.

Komitədən bildiriblər ki, müsabiqədə iştirak etmək istəyənlər cari il fevralın 1-dək “fotomusabiqe2017@gmail.com” elektron ünvanına sənədlərini təqdim etməlidirlər. Əlaqə nömrəsi: (012) 598 51 74.

Fotomüsabiqəyə təqdim olunan işlər komitənin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirində nümayiş olunacaqdır.

azertag.az