Bakıda “Ellada” uşaqların incəsənət sərgisi açılacaq
3.3.2016

Martın 6-da Bakı İtalyan mərkəzində “Ellada” uşaqların incəsənət sərgisi açılacaq.
Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin “ARGO” Yunan cəmiyyəti və İtalyan mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
Uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan qədim Yunanıstana həsr olunub. Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin tələbələri qədim yunan incəsənəti haqqında öyrənib və bütün bunları öz rəsmlərində, qrafik təsvirlərində, batiklərində və keramika üzərində rəngləmələrdə təcəssüm etdiriblər.
Martın 11-dək davam edəcək sərginin açılış mərasimində tələbələr öz əl işlərinə görə mükafatlandırılacaq.

Report.az