Facebook Pixel Code
GoMap XƏRITƏ
Milli Azərbaycan Tarixi Muzeyi
Baxış sayı:
Avtobus

Azərbaycan Dövlət "Yuğ" Teatrı 1989-cu ildə öz sənət eksperimentləri ilə milli mədəniyyətdə istisnalar cərgəsi əmələ gətirmiş rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb.
1993-cü ildə teatra Dövlət statusu verilib.
2003-cü ildə isə "Yuğ" Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb.
"Yuğ" Teatrının poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz /saz/ musiqisinin müşayətilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələrilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin suintezi üzərində qurulub. Burada bədən və söz autentik götürülür: sözlə bədənin reaksiyası və bədənin sözə verdiyi enerji məkanda tamaşa yaradan amil kimi qiymətləndirilir.
Teatr öz repertuar siyasətində daha çox müasir müəlliflərin mətnlərinə müraciət edir və onların yozumunu (interpretasiyasını) mətlərin özündən daha önəmli sayır. Klassika ilə iş zamanı da bir qayda olaraq bu prinsip gözlənilir.
Azərbaycan Dövlət Pantomima Teatrı
Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycanda pantomima teatrının əsasını qoyan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və xareoqrafiya” kafedrasının dosenti, Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. O, 1987-ci ildə Sankt-Peterburq Dövlət Teatr , Musiqi və Kinomatoqrafiya Akademiyasını bitirmişdir. Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Respublikanın Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevindirmək kimi məsuliyyət bir işi öz üzərinə götürüb.
2000-ci il 06 mart tarixində “Dəli yığıncağı” pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir.
Teatrın baş rejissoru – Bəxtiyar Xanı-zadə.

Son xəbərlər