Göyəzən dağı təbiət abidələrinin ən məşhurudur. Bu dağ Mərkəzi Amerikada yerləşən Martinika adasındakı Montan Pele dağından sonra ikinci nadir geoloji təbiət abidəsidir. Morfoloji xüsusiyyətlərinə görə vulkan mənşəli olan dağın hündürlüyü dibindən zirvəsinədək təxminən 250 metrdir. Dağın şərqə baxan hissəsinin gövdəsində hələ indiyədək tədqiq olunmamış, hansısa dövlətin möhtəşəm qala divarları və bir neçə əlçatmaz mağaranın mövcudluğu insanı heyrətə gətirir. Sərt qayalıqlardan ibarət olan bu dağda ekstremal alpinizmin inkişafı üçün əlverişli şərait var.
http://www.anl.az/down/meqale/medeniyyet/2010/avqust/130612.htm