1956-cı ildə Nərimanov rayonunda Montin adına kütləvi kitabxana təsis edilib. 1960-cı ildən Nərimanov rayonu, Məmmədzadə küçəsi 11 ünvanına köçürülüb və həmin vaxtdan adı dəyişdirilərək A.P.Çexov adına kütləvi kitabxana olub.
Azərbaycan Respublikası Prezdentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında” 27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon A.P.Çexov adına kütləvi kitabxana öz sərbəst adından çıxarılıb, Nərimanov rayon Mərkəzi Kitabxananın 1 saylı filialı adlandırılmışdır.