Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəki Şəhər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.P.Vaqif adına 7№-li filialı
Baxış sayı:
  • Ünvan:
    İsmayıl bəy Nakam, Şəki, AZ5500
Avtobus

Şəki şəhər MKS-nin strukturunu 1 mərkəzi kitabxana və 64 kitabxana filialı təşkil edir. MKS-nin ümumi kitab fondu 570696 nüsxədir. Onlardan 664 ədədi elektron nəşrlərdir. Oxucuların sayı isə 51 min nəfərdir. Kitab verilişi 834750 nüsxə təşkil edir. İl ərzində MKS üzrə 2053 kütləvi tədbir keçirilmişdir. 

Hazırda MKS-nin 20 kitabxana filialında multimedia xidməti təşkil olunmuşdur.

Şəki şəhərinin mərkəzi kitabxanası 1920-ci ildə ictimai qiraətxana kimi fəaliyyətə başlamışdır. 
Kitabxana XIX əsrdə mehmanxana kimi inşa olunmuş qədim memarlıq abidəsinin binasında yerləşir. Sahəsi 600 kv/m-dir. 1940-cı ildə bu kitabxanaya XIX əsrin qüdrətli söz ustalarından biri olan İsmayıl bəy Sədrəddinbəyovun (Nakamın) adı verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə bu kitabxanada əsaslı bərpa işləri aparılmışdır. Kitabxana yeni istilik sistemi ilə təchiz olunmuş, müasir avadanlıqlarla təmin edilərək oxucuların istifadəsinə verilmişdir.
Mərkəzi kitabxananın 54500 nüsxə kitab fondu vardır. Onlardan 349 nüsxəsi audioviziual sənədlərdir. Kitabxananın 6117 nəfər oxucusu var və onlara 80 mindən yuxarı ədəbiyyat verilmişdir. 
İl ərzində kitabxanada 200-dən artıq kütləvi tədbir təşkil olunmuşdur.

Son xəbərlər