Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Ovdan
Baxış sayı:
  • Ünvan:
    Muzey, Bakı, Xəzər, AZ1046
Avtobus

Ən qədim ovdanlardan biri II Şah Abbas dövründə tikilmişdir. Ovdan Qala kəndində yerləşir. XVII əsrə aid edilir. Ovdanın kitabəsi Şirvanşahlar qoruğunda mühafizə edilir. Həmin kitabənin ərəbcədən tərcüməsi belədir: “Bu dövr ədalətli şah yer üzündə böyük Allahın kölkəsi Şah Abbas Səfəvinin hakimiyyətinə aiddir. Allah onun hakimiyyətini daimi etsin”. Bu ovdan kəndxuda Nurməhəmməd oğlu Fuladın əmri ilə hicri 1065-ci ildə tikilmişdir. Bu isə miladi təqvimlə 1655-ci ilə Səfəvilər nəslindən olan II Abbasın hakimiyyəti dövrünə təsadüf edir. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdan fars sözü olub, 2 sözdən ibarətdir.”Ab-su, “dan –göstərici”, yəni “Su saxlanılan yer” mənasında işlədilir. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulmuşdur. Ovdan 2 hissədən ibarətdir. Yeraltı və yerüstü hissələrdən. Üst hissəsi əhəng daşı ilə örtülmüşdür. Bu tikiliş yan hissədən düzbucaqlı üçbucağı xatırladır. Yeraltı giriş pilləkənlər vasitəsilədir. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.

http://gala-museum.org/?id=1

Son xəbərlər