Şəhərlər

Xankəndi

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Sahəsi 8,8 km²-dir. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olundu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. 1991-ci ildən etibarən Azərbaycan Respublikasının Milli məclisinin qərarı ilə şəhərin əvvəlki adı "Xankəndi" bərpa edilmişdir. Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.Qarabağ xanlığı dönəmində şəhər çox inkişaf etmişdir. Əsas səbəb isə şəhərin mərkəzdə və paytaxta yaxın olması, ticarət yollarının buradan keçməsi, xanların iqamətgahı olması, əlverişli mövqedə yerləşməsi, zəngin təbiətinin olması göstərilir. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Xankəndi 1978-ci ildə şəhər statusu aldı. Xankəndi və onun ətrafında bir çox qiymətli bitki növləri yetişir: Adi şabalıd, Hirkan ənciri, Hirkan şümşəsi, Təkdənli buğda, Uzunyarpaq tozbaş səhləb, Vələsyarpaq azat və s. Ərazisindən Qarqar, Qarabağ, Buzluçay və s. çaylar axır. Xankəndi Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şəhər əsasən dağlıq ərazidə olduğundan,buradan mis, əhəngdaşı, mərmər, sement, kolzedan filizi çıxarılırdı. 1959-cu ildə qazıntılar nəticəsində buradan qızıl, gümüş yataqları tapılmışdır. Rayon 1991-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa