Şəhərlər

İmişli

Rayonun sahəsi 189 kv. km. təşkil edir. İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisininin cənubundan keçir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır. Araz sahilindəki Tuğay meşələri tarix boyu yaşayıb gəlmiş ağaclarla zəngindir. Burada hətta dəmirağac da bitir. Kür meşələrinin qonşuluğunda isə neft buruqlarını başlayır. 1938-ci ilə qədər rayon Qaradonlu adlanırdı. Qaradonlu hazırda Muğan düzündəki kəndlərdən biridir. Bakı - İrəvan dəmir yolu üstündəki İmişli kəndi sürətlə inkişaf etdi, rayon mərkəzi də 1938-ci ildə buraya köçürüldü. Rayon ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var. Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir. Rayon ərazisində həmçinin XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur.Rayon ərazisində ilk tibb ocağı 1913-cü ildə Çaxırlı kəndində baş vermiş taun xəstəliyinin kəndlilər arasında yayılması ilə əlaqədar Qaradonluda tikilmiş Tauna qarşı mübarizə stansiyasıdır. Yeni rayon mərkəzi olan İmişlidə ilk inzibati bina — “Qirmizi bina” 1937-1938-ci illərdə tikilib. 1906-cı ildə Rusiya çarının fərmanına əsasən Rusiya baş naziri Stolpinının apardığı aqrar islahatlar nəticəsində Qaradonluda ”Muğanstroy” qəsəbəsi tikildi. Muğanda o vaxt analoqu olmayan geniş suvarma şəbəkəsi quruldu. İslahatları bəhanə gətirən rus hakimiyyəti, tezliklə Qaradonlu ərazisinə Rusiyadan gətirilmiş rusları məskunlaşdırma siyasətinə başladı. Yeni rus kəndləri yaradıldı — İvanovka, Poltavka və s.Bu günün İmişlisi inkişaf etmiş şəhərlərdən biridir. İmişlidə indi ən hörmətli peşələrdən biri meliorator peşəsidir. Hətta şəhərin bir tərəfində Meliorator qəsəbəsi salınıb. Torpağı minillik duzlardan təmizləmək insanların uzun illər boyu gördüyü ən vacib işlərdən biri sayılıb. Mingəçevirdən başlayan Yuxarı Qarabağ kanalı Bəhrəmtəpəyə qədər axıb gəlir, Araz suları ilə qovuşur, birlikdə tarlalara axır. Torpağın yuyulması pambığın məhsuldarlığını da ikiqat yüksəltmişdir. Barlı-bəhərli tarlaların əhatə etdiyi İmişli şəhərində sənaye müəssisələri də inkişaf etmişdir. Pambıq zavodu inşaatçıların «ağ qızıl» ustalarına bəxş etdikləri ən gözəl hədiyyədir. Arxitektura baxımından da tikinti zövq oxşayır. İmişlinin həyatı Arazla bağlıdır. Araz yaxınlığındakı qum-çınqıl karxanalarının məhsulları Azərbaycanın şəhər və rayonlarına daşınır. Milli arxitektura üslubunda tikilmiş tarix-diyarşünaslıq muzeyinin eksponatları İmişlinin dünənindən bu gününə maraqlı bir hekayətdir. Milli üslubda tikilən bulaqlar, zərgərlik əsərinə bənzəyən köşklər, kərpic naxışlarından hörülən divarlar şəhərə milli arxitektura siması vermişdir. Şəhərdə son illərdə çoxlu ağac, gül və dekorativ kol əkilmişdir. 1930-cu il Avqust ayında Qaradonlu rayonu təşkil olunur. Hələ Çar Rusiyası dövründə qurulmuş Qaradonlu Cavad qəzasına daxil idi.Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur.Ərazinin Karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi,su mənbələrinin bol olması,məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusən də bitkiçiliyin inkişafına səbəb olmuşdur. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlamışdır və həmçınin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar var idi. Ələt-Mincivan dəmiryolunun çəkilişi nəticəsində əhalinin rayon mərkəzindən dəmiryolu stansiyası olan əraziyə cəmlənməsi başlandı. Bu məqsədlə İmişli kəndi ilə Qaradonlu kəndi arasında 2 mərtəbəli kərpic bina tikildi beləliklə rayon mərkəzi buraya köçürüldü və rayon İmişli rayonu adlandırılmağa başlandı.Həmin dövrdə ərazi meşələr və kolluqlarla örtülü idi. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə,1960-cı ildə isə şəhər statusunu aldı.1959-cu ildə Araz çayı üzərində indiki Bəhrəmtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verildi. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişli rayonunun həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını su ilə qidalandırır. Həmin illər rayonda həmçinin qum-çınqıl emalatxanaları, dəmir-beton materialları zavodunun əsası qoyuldu. Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsi vardır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa